Haqqında

Psixoloq Elgül Ağarzayeva haqqında

15 illik peşəkar təcrübəyə malik olan Elgül Ağarzayeva psixoloji konsultasiya,seans və elmi tətqiqat istiqamətində  ixtisaslaşmış psixoloq, təlimçi və müəllimdir. Bakı Dövlət Universitetində bakalavr və magistr pillələrini fərqlənmə ilə başa vurmuş, bu sahədə elmi və praktiki biliklərini yerli və beynəlxalq təlimlərlə daha da dərinləşdirmişdir.

Peşə fəaliyyətinə həm fərdi konsultasiyalar, həm də elmi-pedaqoji fəaliyyət daxildir. Hazırda Referans Klinikasında psixoloq və Qərbi Kaspi Universitetinin psixologiya fakültəsində müəllim kimi çalışır və eyni zamanda fərdi psixoloji seanslar aparır. Onun konsultasiya sahələri genişdir – təşviş və panik atakdan tutmuş posttravmatik stress, vaginizm, ailə daxili münasibətlər, yeniyetməlik böhranı və sosial fobiyalara qədər müxtəlif mövzuları əhatə edir.

Elgül Ağarzayeva həmçinin “Yüksəliş” müsabiqəsində psixoloji qiymətləndirmə üzrə ekspert kimi çıxış edir, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi kimi qurumlarda psixoloq və insan resursları üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. Onun korporativ mühitdə də təcrübəsi var – SOCAR və Caspian Innovation Center-də korporativ psixologiya və burnout qiymətləndirməsi üzrə təlimlər aparmışdır.

Beynəlxalq səviyyəli EMDR, MMPI, İMTT, OKP və PTSD sahəsində sertifikatlı təlimlər keçmiş, həmçinin “The Secret” adlı kitabı Azərbaycan dilinə tərcümə etmişdir. Elgül xanımın son elmi çıxışı 2024-cü ildə İstanbulda keçirilən beynəlxalq konqresdə "emosional tükənmə sindromunun psixoloji analizi" mövzusunda elmi məqaləsi ilə məruzəçi kimi çıxış etmişdir.

Elgül Ağarzayeva – elmi biliklə peşəkarlığı birləşdirən, etibarlı və təcrübəli psixoloji dəstək ünvanıdır.